SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi qurmağı planlaşdırır
Daşkənd. Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR Özbəkistanın pərakəndə bazarına çıxmağı, daha sonra investisiyalar yatırmağı və yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmağı planlaşdırır.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, SOCAR-ın Özbəkistandakı fəaliyyəti pərakəndə bazara çıxışı və daha sonra yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılmasına investisiyaların yatırılmasını əhatə edəcək.
Cabbarov həmçinin Azərbaycanın digər iri dövlət şirkəti olan AzerGold-un Özbəkistandakı layihələrdə iştirakını qeyd edib.
“Həmkarım artıq AzerGold haqqında, Özbəkistan şirkətləri ilə tərəfdaşlıq çərçivəsində həm geoloji kəşfiyyat işləri aparacaq, həm də hasilatla məşğul olacaq digər iri dövlət şirkəti haqqında danışdı”, – deyə nazir bildirib.
O vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi birbaşa Özbəkistan regionlarında aparılır.
“Bütün bu fəaliyyət Özbəkistan regionlarında həyata keçirilir”, – deyə Cabbarov qeyd edib.
Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
How it works
Once you click Generate, Ollama reads this article and crafts 5 comprehension questions. Your answers are graded against the article content — general knowledge won't be enough. Score 70+ to count toward your certificate.
Questions are cached — you'll always get the same 5 for this article.